Ürək-damar xəstəlikləri hansı yolla diaqnostika və müalicə edilir?

Ürək-damar xəstəlikləri hansı yolla diaqnostika və müalicə edilir?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Ürək-damar xəstəlikləri hansı yolla diaqnostika və müalicə edilir?

Ürək-damar xəstəlikləri hansı yolla diaqnostika və müalicə edilir?
Kardiologiyada istifadə olunan başlıca diaqnostik üsullara fonokardioqrafiya, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya (ürəyin USM), sutkalıq EKQ-monitorinqi aiddir. Bu prosedurlar ürək əzələsinin yığılma qabiliyyətini, onun və damarların vəziyyətini qiymətləndirməyə imkan verir.
Son illərdə kardiopatologiyalı pasiyentlərin yeni müayinə üsulları: ürək boşluqlarının zondlanması və angiokardioqrafiya aktiv şəkildə inkişaf etməkdədir. Onların köməyilə ürək və tac damarlarda əməliyyatın planlaşdırılması mümkün olur.  
Müasir texnologiya və müalicə üsulları əvvəllər sağalmaz sayılan ürək xəstəlikləri ilə mübarizə aparmağa imkan verir. Ürək transplantasiyası bir çox ümüdsüz pasiyentlərin həyatını xilas edir.  Ürək xəstəliklərinin profilaktik tədbirlərinə ağır fiziki yüklənmələrdən, zərərli vərdişlərdən imtina, stresslərin uzaqlaşdırılması, qidalanma və istirahət rejiminin düzgün tərtibi aiddir. 
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024