Ürəkbulanmanın səbəbləri
Tatli.Biz

Ürəkbulanmanın səbəbləri


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Ürəkbulanmanın səbəbləri

Ürəkbulanmanın səbəbləri
Əgər sadəcə avtomobil və ya dəniz sizi tutubsa ürək bulanma üçün müalicəyə səbəb yoxdur. Amma heç bir səbəb olmadan bu baş verirsə o zaman həkimlə məsləhətləşmək önəmlidir.
Əsasən ürək bulanması həzm orqanları xəstəliklərinin əlamətləridir. Yalnız sadəcə bunlar deyil: bəzən bu simptomlarla qastroenteroloq, nevroloq, endokrinoloq və hətta kardioloqa getmək lazım gəlir.
QASTRİT VƏ XORA XƏSTƏLİYİ
Əlamətləri: ürək bulantısı yemək yedikdən sonra güclənir, eyni zamanda mədə şiçkinliyi və qıcqırma hissi yaranır. Acqarına və ya yeməkdən sonra qarının yuxarı hissəsində ağrı və ya yanma hissi.
ÖD KİSƏSİ XƏSTƏLİYİ
Əlamətləri: yemək yeyən zaman artıq ürək bulanmanın hissiyatı. Sağ qabırğaaltına yaxın daha çox ağrılar yaranır. Ağızda acı və ya metal dad hissiyatı, köp və qıcqırma.
PANKREATİT
Əlamətləri: yeməkdən sonra ürəkbulanma, qarında köp yaranması. Sağ qabırğa altında küt ağrı, ağızda acı dad yaranması. Bağırsaq pozulması, kilo atma mümkünlüyü.
APPENDİSİT
Əlamətləri: bu zaman bulantı yeməklə əlaqəli olmayada bilir, hətta qusma halları yaranır. Əvvəlcə qarının yuxarı hissəsində qeyri-müəyyən ağrıların yaranması, daha sonra isə bu ağrılar qarın sağ yarım hissəsində əsasənda aşağı tərəfində yer alır. Temperatur 37-38 C qalxma ehtimalı.
BAĞIRSAQ İNFEKSİYASI VƏ YA ZƏHƏRLƏNMƏ
Yeməkdən bir müddət sonra bulantı artır və demək olar ki, çox zaman qusma ilə nəticələnir. Zəiflik, baş ağrısı və qarının yuxarı hissəsində göbəyə yaxın ağrıların yaranması. Bəzən temperatur 37-39 C qədər yüksəlir. Zamanla ishal baş verir.
Bütün bu hallarda həkimə müraciət etmək tövsiyə olunur.

Dostlarınla Paylaş

Ürəkbulanmanın səbəbləri - Maraqlı məlumatı oxu


Ürəkbulanmanın səbəbləri, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Ürəkbulanmanın səbəbləri, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Islam Aləmi, Qurani Kerim, Online Xəritə, Rəsədxana, Oxu zalı, Hazır Smslər, Ilimiz 2021, Gundəlik, Futbol Nəticələri, Idman Xəbərləri, Gundəlik Burclər, Valyuta Məzənnəsi, Qarışıq Bolmələr, Online Tərcumə, Adların Mənası

Saytda 175 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021