Üzdəki ləkələri aparan CƏFƏRİ MASKASI

Üzdəki ləkələri aparan CƏFƏRİ MASKASI


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Üzdəki ləkələri aparan CƏFƏRİ MASKASI

Üzdəki ləkələri aparan CƏFƏRİ MASKASI
Hər kəsin dərisində zaman-zaman ləkələr yarana bilər. Bu ləkələrdən qurtulmaq üçün xanımlar bir çox vasitələrdən istifadə edirlər.
Bu vasitələrdən biri də cəfəridir. Cəfəri tərkibindəki C vitamini sayəsində ləkələrini aparmaqla yanaşı, dərini günəş ləkələrinə qarşı da qorumağa kömək edir.
1-ci MASKA
- 1 dəstə cəfəri
- 2 stəkan qaynamış su
- Yarım stəkan süd
Bir qazana 2 stəkan su töküb qaynadın. İçinə cəfərini saplarından ayıraraq atın və 5 dəqiqə qaynadın. Təxminən 10 dəqiqə dəmləndikdən sonra süzün və süd əlavə edərək qarışdırın. Soyuyandan sonra pambıqla üzünə sürtün.
2-ci MASKA
- 1 dəstə cəfəri
- 1 çay qaşığı təzə limon suyu
- 2 çay qaşığı bal
Cəfərini bir müddət suda saxlayın. Sonra saplarından ayırın və yarpaqlarını bıçaqla xırda-xırda doğrayın. Doğradığınız cəfərini həvəngdəstədə tam əzilənə döyün. İçinə bal və limon suyunu əlavə edərək yaxşıca qarışdırın. Göz ətrafını çıxmaq şərtilə üzünüzə çəkin.
10-15 dəqiqə dəriniz tərəfindən əmilməsini gözləyin. Sonra ilıq suyla durulayın. Bu maskanı həftədə bir dəfə tətbiq edin.

Dostlarınla Paylaş

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024