"Vaksin vurulduqdan sonra profilaktika tədbirlərinə riayət olunmalıdır" - Həkim
Tatli.Biz

"Vaksin vurulduqdan sonra profilaktika tədbirlərinə riayət olunmalıdır" - Həkim


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

"Vaksin vurulduqdan sonra profilaktika tədbirlərinə riayət olunmalıdır" - Həkim

"Vaksin vurulduqdan sonra profilaktika tədbirlərinə riayət olunmalıdır" - Həkim
"Koronavirusa qarşı peyvənddən sonra bir çox insanlarda suallar yaranır. Məsələn, "Vaksinasiyadan sonra karantin qaydalarına yenə də ciddi surətdə riayət etmək lazımdırmı?", "Peyvənd olunmamış insanlarla ünsiyyətdə olmaq təhlükəlidirmi?", "Vaksinasiyadan sonra insan bu virusa yoluxa bilərmi?" və s. Vaksin infeksiyadan 100% qorumasa da, hələlik bütün dünya həkimləri koronavirusa qarşı ən effektiv üsul kimi vaksinasiyanı seçib".
Tatli.Biz Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Bəylər İmanov "Həkim məsləhəti" rubrikasında "Peyvənd almış insanlar özlərini necə qorumalı, hansı qaydalara riayət etməlidir?" sualını cavablandırarkən deyib.
O bildirir ki, peyvənd olunan insanlar da virusa yoluxa bilər: "Lakin bu şəxslər xəstəliyi ağırlaşmalar olmadan, fəsadsız keçirirlər. Məsələn, peyvənd almış insan bir ay ərzində COVID xəstəsi ilə ünsiyyətdə olarsa, yoluxa bilər, ancaq bu zaman o, xəstəliyi daha yüngül keçirəcək. Belə hallarda ölüm halı istisnadır. Koronavirus infeksiyasına qarşı vaksin vurulduqdan sonra mütləq profilaktika tədbirlərinə riayət olunmalıdır. COVID-19-a yoluxmamaq üçün kütləvi tədbirlərdən uzaq olmaq, gigiyenik qaydalara ciddi riayət etmək, maska və əllərin tez-tez yuyulması rejimini gündəlik həyat tərzi kimi qəbul etmək, sosial məsafə saxlamaq lazımdır".
"Peyvənd olunduqdan sonra 3 gün ərzində hamam və saunalardan imtina etmək lazımdır. Həmçinin, fiziki yüklərdən azad olmaq məsləhətdir. Alkoqollu içkilərdən uzaq olmaq mütləqdir. Peyvənddən sonra bir qədər istirahət etmək lazımdır", - deyə həkim əlavə edib.
Mütəxəssis bildirir ki, vaksinasiyadan sonra qida rasionuna diqqət etmək zəruridir: "Çalışın orqanizmdə D vitamini səviyyəsinin kifayət qədər olduğunu diqqətdə saxlayasınız. Zülal tərkibli məhsullar qəbul edin. Bu, daha çox ət, balıq və yumurtada olur. Fikir verin ki, qida rasionunuzda bu qidalar və digər vitaminlərlə zəngin məhsullar olsun. Həmçinin, çalışın soyuqlamayın, çox istidə də olmayın, stressdən uzaq durun və allergiyanız olan məhsulları qəbul etməyin. Hamiləliyin planlaşdırılmasını peyvənd olunduqdan 2-3 ay sonraya saxlamaq məsləhətdir və vaksinasiyadan qabaq hamiləlik planlaşdıran qadınlara bu barədə məlumat verilir".
Tatli.Biz  /news.milli.az

Dostlarınla Paylaş

"Vaksin vurulduqdan sonra profilaktika tədbirlərinə riayət olunmalıdır" - Həkim - Maraqlı məlumatı oxu


"Vaksin vurulduqdan sonra profilaktika tədbirlərinə riayət olunmalıdır" - Həkim, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, "Vaksin vurulduqdan sonra profilaktika tədbirlərinə riayət olunmalıdır" - Həkim, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Allah anlayışı, Allahın 99 adı, Din anlayışı, Quran haqqında, Secde haqqında, Iman anlayışı, Islam haqqında, Namaz haqqında, Oruc haqqında, Qiyamet haqqında, Resullar haqqında, Şehadet anlayışı, Hecc haqqında, Diriliş haqqında, Rukun haqqında, Ihsan haqqında, Meişet duaları, Feyyaz duası, Ferec duası, Ayetul duası, Olum haqqında, Qebir haqqında, Berzex anlayishi, Qebrden qalxmaq, Emel hesablama, Sirat korpusu, Behişt haqqında Sevgi Dunyasi, Islam Dini, Letifeler, Dahilerin Sozleri, Maraqli Hadiseler, Burcler Haqqinda, Vetenim, Toy Merasimi, Maraqli Hekayeler, Maraqli Melumatlar, Insanlari Tani

Saytda 170 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021