Veqener qranulomatozu
Tatli.Biz

Veqener qranulomatozu


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Veqener qranulomatozu

Veqener qranulomatozu
Xəstəlik nekrotik vaskulit olub yuxarı tənəffüs yollarının,ağ ciyərlərin və böyrəklərin kiçik damarlarını zədələyir.Xəstəliyə ən çox 30-40 yaşlı insanlar arasında rast gəlinir.
Veqener qranulomatozun əmələ gəlməsində orqanizmin immun cavabının pozulması ilə yanaşı,infeksiyanın rolu olduğu güman edilir.Xəstəliyin kliniki mənzərəsində 3 variant ayırd edilir:
- lokal
- məhdud
- generalizə
Xəstəliyin kəskin variantında başlanğıc əlamətlər qısa müddətdə təzahür edir.Bu zaman ağ ciyərlərdə çoxsaylı infiltirat əmələ gəlir,xəstələrdə proqressivləşən tənəffüs və böyrək çatışmazlığı inkişaf edir.
Əksər xəstələrdə xəstəlik residiv verir.Xəstəliyin uzun müddətli və residiv olması ağ ciyərlərdə tək-tük infiltiratın olması və böyrəklərdə patoloji prosesin ləng getməsi ilə bağlıdır.Xəstələr vaxtında və düzgün müalicə aldıqda 7-10 il yaşaya bilirlər.Xəstəliyə diaqnozun qoyuluşunda ilkin əlamətlərin başlamasına diqqət yetirilir.Bu əlamətlərə aşağıdakılar aiddir:
- burunda quruluğun olması
- burunla nəfəs almanın çətinləşməsi
- burun qanaxmaları
- yüksək hərarət
- özünü pis hiss etmə
- artralgiya
- dəri əlamətləri
Xəstəlik ağ ciyərləri zədələdikdə isə öskürək,qanhayxırma və ağ ciyər əlamətləri özünü göstərir.Veqener qranulomatozun əlamətləri ağırlaşdıqca xəstələrin vəziyyəti daha da pisləşir.Bu zaman burun çəpərinin qığırdaq və sümük toxuması dağılır və burun deformasiyaya uğrayır,ağ ciyərlər və ürək zədələnir.
Xəstəliyə diaqnoz qoymaq üçün heç bir laborator əlamətlər yoxdur.Yalnız residiv vaxtı EÇS-in yüksəlməsi qeyd edilir.Diaqnoz qoymaq çətinlik törədir,otit,artrit,gözlərin zədələnməsi,dəri və burun əlamətlərinə əsaslanaraq xəstəliyə diaqnoz qoyulur.
Veqener qranulomatozun müalicəsində immunosupressiv müalicə metodlarından istifadə edilir.Xəstələrə antibiotik və hormonal müalicə təyin edilir.Xəstələr vaxtında və düzgün müalicə edilmədikdə xəstələr 2-5 ay ərzində tələf olur.

Dostlarınla Paylaş

Veqener qranulomatozu - Maraqlı məlumatı oxu


Veqener qranulomatozu, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Veqener qranulomatozu, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Qadın ve cemiyyet, Tanınmış qadın simalar, Huquq və qadın haqları, Qadın və din, Qadın və texnologiya, Qadın və təhsil, Şəxsi inkişaf, Fitnes ve pehriz, Pəhriz (diet), Arıqlama sirləri, Şəxsi təcrubə, Fitness, Sellulit, Arıqlama vasitələri, Kokəlmə sirləri, Sağlamliq, Sağlamlıq xəbərləri, Qadın xəstəlikləri, Duzgun qidalanma, Xalq təbabəti, Aroma və fitoterapiya, Kontrasepsiya və abort, Menstruasiya, Masaj

Saytda 197 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021