Villebrand xəstəliyinin təhlükəli əlamətləri

Villebrand xəstəliyinin təhlükəli əlamətləri


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Villebrand xəstəliyinin təhlükəli əlamətləri

Villebrand xəstəliyinin təhlükəli əlamətləri
Villebrand xəstəliyi - irsi hemorragik diatezlərin növüdür.Bu xəstəlik  genetik patologiyadır.
Villebrand xəstəliyi müxtəlif intensivlikli hemorragik sindromla təzahür edir. Xəstəliyin ağırlığından və variantından asılı olaraq əsasən petexial-göyümtül ləkələr, göyümtül ləkələr-hematom, nadir hallarda hematom tipli olur. Villebrand xəstəliyinin I və II tipinin yüngül formaları spontan burun qanaxmaları, dəri içinə və dərialtı az və mülayim qansızma, travmalardan  və cərrahi manipulyasiyalardan sonra davamlı qanaxma ilə xarakterizə olunur. Qızlarda menorragiya, uşaqlıq qanaxmaları, uşaq dünyaya gətirən qadınlarda doğuş zamanı həddən artıq qan itkisi qeyd olunur.
Villebrand xəstəliyinin qazanılmış formaları sistem, ürək, onkoloji  xəstəliklər fonunda çoxsaylı hemotransfuziyalardan sonra ağırlaşma kimi meydana çıxa bilər. Villebrand xəstəliyinin profilaktikası məqsədilə xəstələr (o cümlədən qohumlar) arasında nigahın istisnası, diaqnoz qoyulduqda QSİƏP, antiaqreqantlar qəbul etməmək, travmalardan qaçmaq, həkimin tövsiyələrinə dəqiq əməl etməkdən ibarətdir.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 34 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023