Xallar xərçəngin əlaməti ola bilər?

Xallar xərçəngin əlaməti ola bilər?


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Xallar xərçəngin əlaməti ola bilər?

Xallar xərçəngin əlaməti ola bilər?
Xal, vücuda rəngini verən melanin maddəsini istehsal edən hüceyrələrin bir araya toplanması ilə vücudda yaranan qabarcıqlardır.
Xalların həm təhlükəli olub bəzi xəstəliklərin xəbərçisi olanlar da var, zərərsiz olanları da...
Xallar dəri xərçənginin əlaməti ola bilərmi?
İmmunitet.az xəbər verir ki, xal xərçəngi, dəri xərçəngi növlərinin içərisində ən təhlükəli formalarından biridir. Əgər xallarınızda rəng fərqliliyi yaranarsa,baş verən sürətli dəyişkənliklər xərçəngin xəbərçisi ola bilər.
İlk olaraq öz müayinənizi özünüz etməlisiniz.
Bu zaman nələrə diqqət edilməlidir?
Xalın kənarlarının formasız olması
Eyni xalda birdən çox rəngin mövcudluğu
Xalın üzərində qanama və ya yaranın yaranması
Böyüklüyünün yarım sm-dən çox olması
Bu əlamətlərdən bir və ya bir neçəsi müşahidə edilərsə uzman dermatoloqa müraciət edilməlidir.
Bəzi insanlarda xal xərçəngi riski daha yüksəkdir. Digər növləri ilə müqayisədə daha sürətlə yayıla bilən xərçəngdir.
Xal xərçənginə kimlər yoluxa bilər?
Ailəsində dəri xərçəngi olanlar
Simmetrik xala sahib olanlar
Uşaqlıqdan (doğuşdan) xalı olanlar - Həkim tərəfindən bu xallar nəzarətdə olmalıdır.
Dərinizdə olan xallar xərçəng olduğunuz mənasına gəlməz. Özünüzü müayinə edin. Anormal dəyişkənliklər varsa həkim müayinəsi gərəklidir.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024