Tatli.Biz

Xroniki hepatit


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Xroniki hepatit

Xroniki hepatit
Xroniki hepatit qaraciyərin müxtəlif səbəblərlə törənən müxtəlif dərəcəli ifadə olunmuş hüceyrə nekrozu və iltihabı ilə xarakterizə olunan nəzərə çarpan yaxşılaşma olmadan ən azı altı ay davam edən xəstəlikdir.
Virus etiologiyalı hepatitlər kifayət qədər geniş yayılmış və yaşlı əhalinin 5 % ni tutur.Autoimmun hepatitlərlə başlıca olaraq qadınlar xəstələnir.
TƏSNİFATI:
Hepatitlər aşağıdakı səbəblərdən əmələ gəlir:
1. Virus əleyhinə antitellərin əmələ gəlməməsi
2. T-limfositlərin sağlam hepositlərin yoluxmasının qarşısını almaması
3. İrsi genetik meyllilik
4. Yoluxmuş hepatositlərin T-hüceyrələr və antitellərə parçalanması
5. Hepatositlərin destruktiv dəyişiklikləriu və nevrozu
6. Öd keçəçəklərinin nekrozu
7. Portal traktların histiolimfositar infiltrasitası və fibroz.
Xroniki hepatitlərin təsnifatında alkoqollu hepatitlərin olmaması bəzi alimlərin xroniki alkoqollu hepatitin qaraciyərin alkoqol xəstəliyinə aid etməsi və onu digər xroniki hepatitlər arasında müzakirə etmələri ilə şərtlənir. Xroniki virus hepatitinə etiologiya, patogenez, xəstəliyin gedişi müalicə və yanaşma tərzinə görə bir-birindən fərqlənən 3 xəstəlik daxildir.
Xroniki B Hepatiti - xəstəliyin kəskin formasını keçirmiş xəstələrin 5-10% də baş verir. Çox vaxt xəstəliyin xronikləşməsi hepatitin latent və yüngül formalarından sonra başlayır ki, bu da onların vaxtında diaqnozlaşdırılmaması və yaxşı müalicə olmaması ilə bağlıdır.
Xroniki C Hepatiti - başlıca olaraq böyüklərdə aşkar edilir. Xronikləşmə kəskin C hepatiti keçirmiş xəstələrin 50-90%-də müşahidə edilir. Xroniki C hepatiti başlıca olaraq xroniki alkoqolizmli xəstələrdə inkişaf edir.
Xroniki D Hepatiti - hepatit B virusunun xronik daşıyıcılarında superinfeksiya şəklində gedən kəskin virusun D hepatitinin nəticəsi kimi əmələ gəlir.
Qarışıq virus etiologiyalı xronik hepatit - xəstənin eyni zamanda bir neçə hepatit virusları ilə yoluxması aşkar olunarsa bu qarışıq virus etiologiyalı hepatitdir.
Autoimmun hepatit - autoimmun hepatitə birincili olaraq irsi immun pozğunluqlarla şərtlənən hepatitlər kimi baxırlar. Bu xəstəliyin əmələ gəlməsində hepatit A, B, C, D, E virusları, həmçicinin birinci tip sadə herpes virusu rol oynayır.
Dərman hepatiti - çox vaxt antibiotiklə (tetrasiklin, levomisetin, gentamitsin, eritromitsin və s.) və digər antibakterial vasitələr, ürək damar müalicəsi üçün istifadə olunan dərmanlar, yodlu kontrast maddələr və s. törədə bilir. Dərman hepatitinin qaraciyər parenximasının nekrozu ilə keçən xüsusi ağır forması vardır ki, bunları da metil-dopa, izoniazid, paracetamol, metotreksat, ftoratan və digər preparatlar törədə bilir.
Risk amilləri: Hepatit virusu ilə yoluxmanın risk amillərinə inyeksion narkomaniya, qan və onun komponentlərinin köçürülməsi, stomatoloji manipulyasiyalar və operativ mudaxilə, kəskin virus hepatitli xəstələrlə kontakt, dəriyə taturovka edilməsi, nizamsiz seksual kontaktlar və s. aiddir.
Patogenez.
Qaraciyərin virus zədələnmələrinin patogenezində hüceyrə immuniteti aparıcı rol oynayır. Hepatositlərin zədələnməsi autoimmun reaksiya nəticəsində inkişaf edir. Hepatit virusu ilə yoluxma hec də həmişə xroniki xəstəliyin inkişafına səbəb olmur.
Kliniki şəkli:
Xroniki virus hepatit fasiləsiz residivləşən gedişə malik ola bilər.Bu zaman remissiyanın müddəti çox qisadır.Xroniki B hepatiti azsimptomlu gedişə malikdir.
Diaqnoz:
Xəstəliyin diaqnozunda histoloji müayinə, qanda biliruinin konsentrasiyasının, aminotransferazaların, qluamiltranspeptidazanın miqdarı böyük rol oynayır.
Müalicəsi : onun etiologiyasından, virusun inkişaf fazasından, superinfeksiyanın olub olmamasından asılıdır. Müalicənin əsasını virus əleyhinə etiotrop terapiya təşkil edir.

Dostlarınla Paylaş

Xroniki hepatit - Maraqlı məlumatı oxu


Xroniki hepatit, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Xroniki hepatit, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Sevgi Smsleri, Dostluq Smsleri, Tebrik Smsleri, Ayrılıq Smsleri, Ad Gunu Smsleri,Prikol Smsler, Turkce Smsler, Qarışıq Smsler, Letifeler, Xoruz ili Haqqında, Ulduzlar bu ilə nə deyir?, Xoruz ilində bizi nə gozləyir?, 2021-ci ildə nə gətirəcək?, Bu ildə doġulan insanların xasiyyətləri, Bu ildə doġulan insanların xarakterləri, Bu ildə doġulan insanların xususiyyətləri, Xoruz ilinə dair Mayya qoroskopu, Xoruz ilində bu burclər Varlanacaq, Xoruz ilində doġulan məşhurlar

Saytda 99 nəfər
Tatli.Biz
MobTop.az
©Tatli.Biz 2010-2021