Yaşıl qəhvənin sağlamlığa təsiri

Yaşıl qəhvənin sağlamlığa təsiri


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Yaşıl qəhvənin sağlamlığa təsiri

Yaşıl qəhvənin sağlamlığa təsiri
Son illər istehlakı artan yaşıl qəhvənin sağlamlığa çox faydası var.
Tatli.Biz modern.az-a istinadla xəbər verir ki, normal qəhvə kimi qovrulmaq əməliyyatından keçmədiyi üçün faydalı təsirlərini itirməyən yaşıl qəhvə içindəki kafein və klorojenik turşuları sayəsində yağların əriməsini sürətləndirir, arıqlamağa da yardım edir.
Yaşıl qəhvənin sağlamlığa təsiri
Yaşıl qəhvə tərkibində olduqca çox antioksidan olması ilə bədəni sərbəst radikalların zərərli təsirlərindən qoruyur. Ürək və damar sağlamlığına müsbət təsir etdiyi üçün insanı gümrah saxlayır.
Mütəxəssislər bildirir ki, yaşıl qəhvə doğru istifadə edildiyi zaman şəkər xəstəliyi riskini də azaltdır.
Amma yaşıl qəhvə də digər qəhvə növləri kimi həddindən artıq qəbul edilərsə, yuxusuzluq, mədə bulanması, baş ağrısı və ürək ritminin artmasına səbəb ola bilir. Ona görə mütəxəssislər məsləhət görür ki, qəhvə gün boyu 2 fincandan artıq içilməsin.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 99 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023