Yaşıl rəngli tərəvəzlərin faydası

Yaşıl rəngli tərəvəzlərin faydası


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Yaşıl rəngli tərəvəzlərin faydası

Yaşıl rəngli tərəvəzlərin faydası
Fol turşusu B qrup vitaminlərdən biridir. Əvvəllər fol turşusunun yalnız hamilələr üçün olduğunu düşünürdülər. Lakin sonralar Fol turşusunun (vitamin B9) yalnız hamilələr üçün vacib olması fikri bir mifə çevrildi.  Hamilələr  mütləq fol turşusu qəbul etməlidir. Amma fol turşusu bütün insanlar üçün  vacib vitamindir.
Fol turşusunun çatışmazlığına əsasən qeyri-düzgün qidalanmaq səbəb olur. Hətta bağırsaq xəstəlikləri və disbakterioz bu vitaminin sorulmasını ləngidir. Qıcolmaəlehinə preparatlar, oral kontraseptivlər (Hamiləlikdən qorunmaq üçün istifadə olunan preparatlar), alkoqol (digər  zərərli vərdişlər) fol turşusunun sorulmasına mənfi təsir göstərir.
Fol turşusu (B9 vitamini) çatışmadıqda aşağıdakı hallar baş verə bilər:
Meqaloblastik anemiya - qanazlığının bir növüdür. Bu xəstəliyin əlamətləri- saç tökülməsi, daimi yorğunluq, ağızın selikli qişasında yaralar və s.
Hamiləlik zamanı çox saylı problemlər - anada ciftin vaxtından əvvəl ayrılması, erkən döğuş, doğuşdan sonra yaranan depressiya. Döldə isə beyin yırtığı adlanan defekt, "dovşan dodaqlıq", hidrosefaliya və s.
Əhval - ruhiyyənin azalması - hətta müyyən vaxtdan sonra kliniki depressiyaya qədər gətirib çıxara bilər.
Koqnitiv pozulmalar - yaddaşın zəifləməsi, yuxusuzluq, səbəbsiz həyəcan və aqressivlik.
Simptomlar qeyri spesifik olduğundan əksər insanlar buna fikir vermir.
Təssüflər olsun ki fol turşusu çatışmazlığı vitamin çatışmazlığının ən çox yayılmış formasıdır. Fol turşusunun artıqlığı çox nadir rast gəlinən bir haldır. Çünki fol turşusu suda həll olunan vitamin olduğundan, artıq doza qəbul edildiyi zaman, orqanizmə heç bir zərər vermədən böyrəklərlə xarıc olur.
Böyüklərdə fol turşusuna optimal gündəlik təlabat 400 mkq - dır. Hamiləlik zamanı isə təlabat bir az da artmış olur.
Fol turşusu ilə  yaşıl tərəvəzlər daha zəngindir (folium latın dilindən  "yarpaq" kimi tərcümə olunur) İspanaq, ağ kələm, gül kələmi, kahı, fol turşusu ilə daha zəngindir. Həmçinin qoz, araxis, pomidor, çuğundur, düyü, yumurta və qaraciyər də B9 vitamini ilə zəngindir.  Amma bir şeyi diqqətdən qaçırmaq olmaz. Fol turşusu çox həssas vitamindir. Beləki, həm tərəvəzləri bişirdikdə, həm də soyuducuda saxladıqda vitaminin 70 - 80% parçalandığı üçün tərəvəz məhsullarını təzə-təzə və çiy qəbul etmək daha faydalıdır. Belə olmazsa orqanizmdə fol defisiti rast gəlinir. Ona görə də tərkibində fol turşusu olan preparatlar qəbul edilməsi məsləhətdir. Fol turşusu  bir çox vitamin və mineral kompleks preparatlarının  tərkibinə daxildir. Sübut olunub ki ,fol turşusunun tək şəkildə qəbulu daha məqsədəuyğundur. Apteklərdə kifayət qədər fol turşusu tərkibli preparat mövcüddur. Yetər ki, seçdiyiniz  preparatın dozası sutkalıq tələbata uyğun  olsun.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr

Dostlarınla Paylaş

Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024