Yaşlı insanlarda dişlərin tökülməsi həyat aktivliyini azalda bilər

Yaşlı insanlarda dişlərin tökülməsi həyat aktivliyini azalda bilər


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Yaşlı insanlarda dişlərin tökülməsi həyat aktivliyini azalda bilər

Yaşlı insanlarda dişlərin tökülməsi həyat aktivliyini azalda bilər
Kaliforniya Universiteti və Tokyo Tibb və Stomatologiya Universitetinin tədqiqatçıları təbii dişləri olan yaşlı insanların yemək bişirmək, telefonla danışmaq və ya alış-veriş etmək kimi gündəlik vəzifələrin öhdəsindən daha yaxşı gələ bildiklərini təyin edib. Araşdırma zamanı 50-70 yaş arasında aparılmış 5631 yaşlı insanın məlumatları təhlil edilib. Əvvəlki tədqiqatlar diş tökülməsi ilə funksional qabiliyyətin azalması arasında bir əlaqə olduğunu göstərmiş, lakin səbəb nəticə əlaqəsi təyin edilməmişdir.
Alimlər yeni araşdırmada diş tökülməsinin insanın gündəlik fəaliyyətlərini yerinə yetirmə qabiliyyətinə təsirini təsbit edib. İştirakçıların sosial-iqtisadi vəziyyəti və ümumi sağlamlığı kimi amilləri nəzərdən keçirdikdən sonra, diş tökülməsi ilə gündəlik tapşırıqları yerinə yetirmək bacarığı arasında bir əlaqə olduğunu aşkar edib. 2014-2015-ci illərdə aparılamış tədqiqat zamanı toplanan məlumatlardan istifadə edilərək, diş tökülməsinin insanların gündəlik həyatda əsas fəaliyyətlərini həyata keçirməsinə təsiri təyin edilib. Bu fəaliyyətlərə isti yemək bişirmək, dükanda alış-veriş etmək, telefonla danışmaq, dərman qəbul etmək, ev işləri və ya bağçılıq etmək və pul idarə etmək daxildir. Diş tökülməsi, keyfiyyətsiz həyat tərzinə səbəb olan sosial əlaqələrə mane ola bilər. Bu baxımından sağlam həyat tərzi sürmək və sağlamlığı qorumaq, yaşından asılı olmayaraq hər bir insan üşün zəriridir.
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024