Yeni araşdırma: koronavirus dörd metr radiusda yayıla bilər


Maraqlı Məlumatlar
Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Yeni araşdırma: koronavirus dörd metr radiusda yayıla bilər

Yeni araşdırma: koronavirus dörd metr radiusda yayıla bilər
ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin məlumatlarına görə, koronavirus xəstələri olan xəstəxanalardakı hava nümunələri üzərində aparılan yeni araşdırmalardan virusun 4 metrə qədər hərəkət edə bilməsi bəlli olub.
Tatli.Biz AZƏRTAC-a istinadən bildirir ki, araşdırmanın nəticələri Amerika agentliyi tərəfindən nəşr olunan "Yeni yoluxucu xəstəliklər" jurnalında çap edilib. Pekindəki Hərbi Tibb Akademiyasının tədqiqatçıları fevralın 19-dan martın 2-dək olan dövr ərzində Uxan şəhərində yerləşən xəstəxanadakı intensiv terapiya şöbələrində və koronavirus xəstələrinin yerləşdiyi şöbələrdə hava səthini və havanın nümunələrini sınaqdan keçiriblər.
Araşdırmanın nəticələrinə əsasən, virusun ən yüksək konsentrasiyaları döşəmələrdə, qapı tutacaqlarında, çarpayı məhəccərlərində, zibil qablarında və xəstələrin daha çox təmas etdiyi digər əşyalarda aşkarlanıb. "Bundan əlavə, intensiv terapiya şöbəsindəki tibb işçilərinin ayaqqabılarının altıdan götürülmüş nümunələrin yarısı müsbət nəticə göstərib. Beləliklə, tibb işçilərinin ayaqqabılarının alt hissəsi də virusun daşıyıcısı ola bilər", - deyə hesabatda qeyd olunub.
Tədqiqatçılar, həmçinin virus daşıyan aerozolların kiçik konsentrasiyalarının yoluxmuş şəxsin ətrafında 4 metrlik radiusda havada qaldığını müəyyən ediblər. Bu, tövsiyə olunan 2 metrlik distansiyanı iki dəfədən çox üstələyir. Hər halda, virusun aerozol vasitəsilə nə dərəcədə yoluxucu olması hələ məlum deyil. Amma bu baxımdan hava-damcı infeksiyası riskinin mövcudluğu ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika mərkəzlərində rəhbər tutulan yeni prinsiplərə, ictimai yerlərdə ağız və burnun örtülməsinə gətirib çıxarıb.
Hesabatda tədqiqatın müəllifləri onu da bildiriblər ki, qeyd olunan müddət ərzində xəstəxana işçilərinin heç birində yoluxma halı baş verməyib.

Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Yeni araşdırma: koronavirus dörd metr radiusda yayıla bilər - Maraqlı məlumatı oxu


Yeni araşdırma: koronavirus dörd metr radiusda yayıla bilər, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, Yeni araşdırma: koronavirus dörd metr radiusda yayıla bilər

Saytda 99 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021