Yumurta alanda bunlara DİQQƏT EDİN
Tatli.Biz

Yumurta alanda bunlara DİQQƏT EDİN


Hər gün yeni maraqlı məlumatlar əlavə olunur

Yumurta alanda bunlara DİQQƏT EDİN

Yumurta alanda bunlara DİQQƏT EDİN
Yumurta qida dəyərinə görə yüksək keyfiyyətli və orqanizm tərəfindən 97-98 faiz mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində dəyərli zülallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr var.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Tatli.Biz-a verilən məlumata görə, heyvan mənşəli qida qrupuna daxil olan yumurtada bir sıra risk qrupları var. Bu risklərə nəinki mikroorqanizmlərlə, həmçinin qida alergiyaları da daxildir.
Yumurta alarkən bu qaydalara diqqət etmək lazımdır:
1. İlk öncə yumurta alarkən yumurtanın təzəliyini təsdiq edən etiketlərə diqqət yetirməliyik.
2. Yumurtanın orqanoleptik göstəricilərinə diqqət edilməlidir.
3. Yumurtaların üzərində yumurtlama tarixi göstərən ştamp vurulmalıdır. 
4. Çatlaq və qırıq yumurtaları almaq olmaz. Çünki belə yumurtalarda mikroorqanizmlərlə yoluxma riski yüksəkdir.
5. Kənd yumurtalarının çoxu eyni ölçüdə olmamalıdır.
6. Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı və onlardan kənar qoxu gəlməməlidir.
Yumurta istifadə edərkən bunlara diqqət etməliyik:
1. Yumurtanın ağı və sarısında mikroorqanizmlərin aşkar olunması ehtimalını nəzərə alsaq, yumurta çiy və yarıbişmiş halda istehlak edilməməlidir. Çiy yumurtanın həm də həzm olunması çətindir. 
2. Sarısı və ağı qismən qarışmış, kənar qoxusu olan yumurta, qabığının altında səthinin 1/8 hissəsini təşkil edən bir və ya bir neçə tünd ləkəsi olan və sarısı quruyub qabığına yapışmış yumurtalar keyfiyyətsiz sayılır.
3. Yumurtanın ağı duru, şəffaf, eynicinsli, təmiz, ləkəsiz və kənar qatqılarsız olmalıdır.
4. Yumurtanın sarısı yığcam, rəngi açıq sarıdan narıncıya qədər, dadı və iyi xoşagələn olmalıdır. Belə göstəricilər onun təzə olmasının əlamətidir.

Dostlarınla Paylaş

Yumurta alanda bunlara DİQQƏT EDİN - Maraqlı məlumatı oxu


Yumurta alanda bunlara DİQQƏT EDİN, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Yumurta alanda bunlara DİQQƏT EDİN, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Saytda 141 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021