1 dəqiqəlik salat
Hər növ yemək və şirniyyat reseptleri
1 dəqiqəlik salat

Tərkibi:
1 banka konservləşdirilmiş lobya (qırmızı)
2 pomidor
100 qr hisə verilmiş kolbasa
60 qr pendir
1 banka konservləşdirilmiş qarğıdalı
2 xörək qaşığı ət sousu
4-5 şüyüd gövdəsi
Bəzəmək üçün suxarı
Hazırlanması qaydası:
Kolbasa doğranılır. Pendir və pomidor xırda kub şəklində doğranılır, şüyüd xırda doğranır.
Lobyanın suyunu sıxıb, suyu atırıq. Salat qabına hazır məhsulları yerləşdirib üzərinə sous əlavə edirik.
Hazırlanması bu qədər sadədir.
Nuş olsun!