20 dəqiqəyə DADLI ŞOKOLADLI PEÇENYE

20 dəqiqəyə DADLI ŞOKOLADLI PEÇENYE


Hər növ yemək və şirniyyat reseptleri

20 dəqiqəyə DADLI ŞOKOLADLI PEÇENYE

20 dəqiqəyə DADLI ŞOKOLADLI PEÇENYE
Məhsullar:
- 1,5 stəkan un
- yarım ç.q. qabartma tozu
- 1 çimdik duz
- 100 qr şokolad
- 150 qr kərə yağı
- 1 stəkan şəkər tozu
- 1 ç.q. vanil
- 1 iri yumurta
Hazırlanması:
1. Unu qabartma tozu və duzla qarışdırın, ələyin.
2. Şokoladı xırda-xırda doğrayın.
3. Yumşaq yağı şəkər tozu və vanillə mikserlə yaxşı çalın. Yumurta əlavə edin, yenə çalın.
5. Hissə-hissə un əlavə edin, çalın.
6. Kütlə həmcins olanda şokolad əlavə edin, qarşıdırın.
7. Tavaya yağ çəkin, perqament sərin. Qaşıqla peçenye qoyun (aralarında məsafə saxlayın).
8. Sobanı qabaqcadan 180 C qədər qızdırın, peçenyeni qızılı rəng alana qədər (təxminən 10-12 dəqiqə) bişirin.
Nuş olsun!
Evdraliq.az

Dostlarınla Paylaş

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024