30 dəqiqəyə hazırlanan "Göbələkli düyü"
Hər növ yemək və şirniyyat reseptleri
30 dəqiqəyə hazırlanan "Göbələkli düyü"

Tərkibi:
500 qr düyü
500 qr şampion
Baş soğan
Təbii kərə yağı – təxminən 30 qr
Pendir- təxminən 250 qr
Bir neçə pomidor
Cəfəri
Duz
Hazırlanması:
Düyü bişirilir, soyudulur. Baş soğan xırda doğranıb qızardılır. Göbələyin yarısı xırda doğranıb soğanla birlikdə qızardılır, yarısı isə bəzəmək üçün saxlanılır. Soğanlı göbələkli kütlə düyü, pendir və pomidor ilə qarışdırılır.
Dərin salat qabına bir qat göbələk, düyü, sonra yenə göbələk qoyulur. Elə düzün ki qat-qat alınsın. Salat qabının üzərinə başqa boşqab qoyub, onu ehtiyyatla çevirin. Nəticədə kənarları göbələklə bəzədilmiş təpəcik alınır.