30 dəqiqəyə TORT hazırlayırıq


Hər növ yemək və şirniyyat reseptleri

30 dəqiqəyə TORT hazırlayırıq

30 dəqiqəyə TORT hazırlayırıq
İstənilən qonaqlığı tortsuz təsvir etmək çətindir. Bəzən xanımlar tort bişirməkdə çətinlik çəkir.
Bu halda hazır dükan korjları və dadlı ev kremi sizə kömək edəcək.
Lazım olan məhsullar:
- 200 qr yumşaq kərə yağı
- 1 banka qatılaşdırılmış süd ("squşonka")
- 1 paket vanilli şəkər tozu,
- xırda doğranmış qoz
- 1 plitka şokolad.
Hazırlanması:
1. Yumşaq kərə yağını ağarana qədər mikserlə çalın.
2. Hissə-hissə "squşonka" əlavə edin, vanilli şəkər tozu tökün, yaxşı çalın.
3. 1-ci korjun üzərinə krem çəkin, doğranmış qoz səpin, 2-ci korj qoyun, krem çəkin, qoz səpin.
4. 3-cu korj qoyun, üzərinə və böyürlərinə krem çəkin, doğranmış qoz və sürtgəcdən keçirilmiş şokolad səpin.
5. Tortun üzərini zövqünüzə görə bəzəyə bilərsizin. Tort hazırdır.
6. Hazır tortu 6-8 saat soyuducuda saxlamaq lazımdır ki, krem korjlara hopsun.
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026