Ağ paltardakı ləkəni aparan 3 TƏBİİ ÜSUL | Tatli.Biz
Ağ paltardakı ləkəni aparan 3 TƏBİİ ÜSUL
Hər növ yemək və şirniyyat reseptleri

Ağ paltardakı ləkəni aparan 3 TƏBİİ ÜSUL

Ağ paltardakı ləkəni aparan 3 TƏBİİ ÜSUL
Xüsusilə ağ rəngli paltarlardan ləkəni təmizləmək çox çətindir.
Tatli.Biz-ın təqdim etdiyi təbii üsullarla ləkələrdən qısa zaman ərzində qurtula biləcəksiniz.
Soda
Soda həm paltarlarınızı təmizləyir, həm də parladır. 250 qram soda və 1 litr suyu qarışdırın. Ləkəli paltarınızı qarışımın içində bir neçə dəqiqə saxlayın. Sonra paltarlarınızı paltaryuyan maşında normal şəkildə yuyun. Paltarlarınızın rənginin ilk alındığı günə döndüyünü görəcəksiniz.
Aspirin
Aspirinin içində olan asetilsalisilik turşusu paltarlardakı ləkələri çox yaxşı çıxarır.
Altı aspirini toz halına gətirib suda qarışdırın. Paltarlarınızı qarışımın içində 30 dəqiqə saxlayın. Son olaraq paltaryuyan maşınınızda hər zamankı kimi yuyun. Ləkələrin tamamən yox olduğunu görəcəksiniz.
Sirkə və limon
Sirkə ən güclü ləkələri belə çıxarır və qoxunu yox edir. Həmçinin ağ rəngli paltarların rənginin solmasının qarşısını alır.
Bir az sirkə və bir az limon suyunu qarışdırıb paltaryuyan maşının yumşaldıcı qisminə tökün. Ağlarınız daha gözəl görünəcək və ətirli olacaq.

Dostlarınla Paylaş

Saytda 79 nəfər
Tatli.Biz
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022