Ağ tut mürəbbəsi

Ağ tut mürəbbəsi


Hər növ yemək və şirniyyat reseptleri

Ağ tut mürəbbəsi

Ağ tut mürəbbəsi
Tərkib:
- 1 kq tut
- 1 kq şəkər tozu
- 300 qr su
- 2 qr limon duzu
Hazırlanması:
1. Tut təmizlənir, yuyulur.
2. Şirə hazırlanır: suya şəkər tozu əlavə olunur, qarışdırılır, vam odda şəkər tozu tam əriyənə qədər qaynadılır, bir qədər soyudulur.
3. İsti şirə meyvələrin üzərinə tökülür, tam soyudulur.
4. Mürəbbəni odun üzərinə qoyub 5 dəqiqə qaynadın. (Ləyəni vaxtaşırı silkələmək lazımdır.) Sonra odda götürüb tam soyudun və yenə odun üzərinə qoyub 5 dəqiqə qaynadın. Bunu 3 dəfə təkrar etmək lazımdır.
5. Hazır olana yaxın mürəbbəyə limon duzu əlavə edin.
6. Bankaları qabaqcadan hazırlayın. İsti su və soda ilə yaxşı yuyun, sterilizasiya edin. Qapaqları qaynadın.
7. İsti mürəbbəni bankalara yığın, qapaqları bağlayın.
Nuş olsun!
  

Dostlarınla Paylaş

Saytda 209 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024