
Məhsullar:
- yarım kq albalı
- 150 qr kərə yağı
- 1 stəkan şəkər tozu
- 4 iri yumurta
- 200 qr un
- 1 çimdik duz
- 1 ç.q. qabartma tozu
- vanilin
Hazırlanması:
Albalını yuyun, çəyirdəklərini çıxardın.
Yumşaq kərə yağını şəkər tozu və vanilinlə mikserlə çalın.
Duz əlavə edin, bir-bir yumurta əlavə edin, hər dəfə yaxşı çalın.
Unu qabartma tozu ilə birlikdə ələyin, hissə-hissə xəmirə əlavə edin, çalın.
Sobanı 180 C qədər qızıdırın.
Formaya kərə yağı çəkin, un səpin, xəmir tökün, üzərinə albalını düzün.
Albalının üzərinə 1-2 x.q. şəkər tozu səpin.
Piroqu təxminən 40-45 dəq. bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
Piroqu soyudun, üzərinə pudra səpin.
Nuş olsun!
Albalı ilə çox sadə və dadlı piroq | Tatli.Biz
Albalı ilə çox sadə və dadlı piroq - Hər növ yemək və şirniyyat reseptleri
Albalı ilə çox sadə və dadlı piroq, hər növ yemək və şirniyyat reseptleri, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda