Albalı ilə ipək kimi yumşaq pirojki

Albalı ilə ipək kimi yumşaq pirojki


Hər növ yemək və şirniyyat reseptleri

Albalı ilə ipək kimi yumşaq pirojki

Albalı ilə ipək kimi yumşaq pirojki
Tərkibi:
- 1 stəkan qatıq (çox turş olmamalıdır)
- 1/2 stəkan bitki yağı
- 3 stəkan un
- 1/2 stəkan şəkər tozu
- 1/2 ç.q. duz
- 1 yumurta
- 1 paket quru maya
- 1 paket vanilli şəkər tozu
İçlik:
- 1/2 kq albalı
- 2 x.q. nişasta
- 6 x.q şəkər tozu
Hazırlanması:
1. Qatığı bir qədər qızdırın, bitki yağı, duz, şəkər tozu, çalınmış yumurta əlavə edin, qarışdırın.
2. Unu ələyin və maya ilə qarışdırın.
3. Duru kütləni una tökün, yaxşı qarışdırın, xəmir yoğurun.
4. Xəmiri isti yerdə 40 dəqiqə saxlayın.
5. İçlik hazırlayırıq: albalı yuyulur, çəyirdəkləri çıxarılır, nişasta və şəkər tozu ilə yaxşı qarışdırılır.
6. Xəmirdən tikələr kəsin, yastıladın, ortasına içlik qoyun, pirojki bükün.
7. Tavaya yağ çəkin, bir az un səpin, pirojkiləri düzün, üzərini dəsmalla örtün, 20 dəqiqə saxlayın.
8. Pirojkilərin üzərinə çalınmış yumurta çəkin.
9. Sobanı qabaqcadan 200 C qədər qızdırın və pirojkiləri hazır olana qədər bişirin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023