Albalı ilə zərif və dadlı ştrudel

Albalı ilə zərif və dadlı ştrudel


Hər növ yemək və şirniyyat reseptleri

Albalı ilə zərif və dadlı ştrudel

Albalı ilə zərif və dadlı ştrudel
Tərkib:
Xəmir üçün:
- 1 stəkan un
- 1 yumurta
- 2 x.q. ərdilmiş kərə yağı
- 50 qr ilıq su
İçlik:
- 500 qr albalı
- 60 qr peçenye (Yubileynoye)
- 50 qr badam (və ya qoz, fındıq və s.)
- 1/2 ç.q. darçın
- 5 x.q. şəkər tozu
Üzərinə çəkmək üçün - 25 qr əridilmiş kərə yağı
Hazırlanması:
1. Albalı təmizlənir, yuyulur, çəyirdəkləri çıxarılır.
2. Peçenye blenderdə əzilir, badam doğranılır.
3. Xəmir hazırlayırıq: Qaba un ələyirik, çalınmış yumurta, əridilmiş kərə yağı, su əlavə edirik, xəmir yoğururuq. Xəmir yumşaq və elastik alınmalıdır. Xəmirin üzərinə bitki yağı çəkirik, isti yerdə 1 saat saxlayırıq.
4. Xəmiri çox nazik yayırıq, üzərinə əridilmiş kərə yağı çəkirik, peçenye, üzərinə şəkər tozu, darçın, sonra badam səpirik, bir bərabərdə albalı düzürük. Xəmirin qıraqları boş qalmalıdır.
5. Qıraqları içəriyə doğru bükürük.
6. Ştrudeli bükürük, tikişi aşağı olmaqla perqament kağızı sərilmiş tavaya qoyuruq, üzərinə əridilmiş kərə yağı çəkirik.     
7. Sobanı qabaqcadan 180 C qədər qızdırırırq və ştrudeli 30-35 dəqiqə ərzində bişiririk.
8. Strudel soyuyandan sonra üzərinə şəkər pudrası səpirik.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 221 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024