Allah niyə bəzən səsimizi eşitmir? Cavabı... | Tatli.Biz
Allah niyə bəzən səsimizi eşitmir? Cavabı...
Hər növ yemək və şirniyyat reseptleri

Allah niyə bəzən səsimizi eşitmir? Cavabı...

Allah niyə bəzən səsimizi eşitmir? Cavabı...
Allah Təala heç bir zaman Onu çağıran bəndəsinə diqqətsizlik etməz. Amma bəzən bizlər duamızın qəbul olmamasından məyus olur və elə bilirik ki, Allah bizlərə qarşı laqeyddir (nəüzübillah!).
İnsan o zaman ki, dünyanın dəyərini bilir və axirətlə müqayisə edir, o zaman çox sayda çətinliklər onun üçün asan olur. Özünüzü o insanlarla müqayisə edin ki, özlərini hər şeyə malik hesab edirlər. Görəcəksiniz ki, sizin Allaha diqqətiniz onlardan daha çoxdur, deməli Allah sizi onlardan daha çox sevir. Hədislərin buyurduğu kimi, səsinizi eşitmək istəyir, dərəcənizi qaldırmaq istəyir. Allah insana, ata-anadan belə, mehribandır, Ərhəmər-Rahimindir. Allah hər bir kamal sifətinə malikdir və necə ola bilər ki, bəndəsinə qarşı laqeyd olsun?
Publika.az deyerler.org-a istinadən bildirir ki, insan həyatı məhduddur və bu məhdud həyatında çox sayda çətinliklər və müsibətlərlə üzləşir. Əgər dünyanı tərəzinin bir gözünə qoysaq, görərik ki, dünya zinətindən və bər-bəzəkdən başqa bir şey deyildir. Ona görə də Allahdan istədiklərimiz axirətlə müqayisədə çox dəyərsiz və alçaqdır. Allah bəzən bu dəyərsiz şeyləri bizə vermir və axirət üçün saxlayır. Allah Həkim və Alimdir və bilir ki, bu dünyada nəyi bizə versə, qəflətimizə və yolumuzu azmağa gətirib çıxardar. Ona görə də Allahın fəzl və rəhmətinə ümidvar olmalı və dua etməyə davam etməliyik.
Beləliklə deyə bilərik ki, Allah onu çağıran bəndəsinə qarşı heç bir zaman laqeyd deyildir. Sizin Allaha etdiyiniz dualar onun nişanəsidir ki, Allah sizə lütflə nəzər salır. Hədislərdə oxuyuruq ki, əgər Allah bəndəsi üçün xeyir istəsə, duasını təxirlə yerinə yetirər. Çünki onun səsini və yalvarışını eşitmək istəyir.

Dostlarınla Paylaş

Saytda 105 nəfər
Tatli.Biz
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022