Alma ilə şokoladlı piroq


Hər növ yemək və şirniyyat reseptleri

Alma ilə şokoladlı piroq

Alma ilə şokoladlı piroq
Məhsullar:
- 4 yumurta
- 150 qr şəkər tozu
- 30 qr kakao-toz
- 2 ç.q. qabartma tozu
- 100-150 qr un
- 2-3 alma
Hazırlanması:
Almaları soyun, nazik doğrayın.
Yumurtanı şəkər tozu ilə yaxşı çalın, kakao, un və qabartma tozunu əlavə edin, ehtiyatla qarışdırın.
Almanı əlavə edin, ehtiyatla qarışdırın.
Formaya yağ çəkin, xəmiri qoyun.
Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu 30-40 dəqiqə bişirin.
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026