Alma və darçınla KƏSMİKLİ RULET | Tatli.Biz
Alma və darçınla KƏSMİKLİ RULET
Hər növ yemək və şirniyyat reseptleri

Alma və darçınla KƏSMİKLİ RULET

Alma və darçınla KƏSMİKLİ RULET
Xəmir:
- 200 qr kəsmik
- 100 qr kərə yağı
- yarım stəkan şəkər tozu
- 1 yumurta
- 2-2,5 stəkan un
- yarm ç.q. soda + limon şirəsi
İçlik:
- 2 şirin alma
- yarım ç.q. darçın.
Hazırlanması:
1. Kəsmiyi yumşaq kərə yağı ilə yaxşı qarışdırın.
2. Şəkər tozu, yumurta əlavə edin yenə qarışdırın.
3. Sodanı limon şirəsi ilə söndürün kütləyə əlavə edin, qarışdırın.
4. Ələnmiş un əlavə edin, xəmir yoğurun, 30 dəqiqə soyuducuda saxlayın.
5. Almanı yuyun, soyun, kiçik kublar şəklində doğrayın, darçın səpin, qarışdırın.
6. Xəmiri düzbucaq şəklində yayın, ortasına içlik qoyun, "kitab" kimi bükün.  
7. Ruleti perqament kağızı sərimiş tavaya qoyun, sobanı 180 C qədər qızıdırın, ruleti 20-25 dəqiqə bişirin.
8. Ruleti soyudun, üzərinə pudra səpin.
Nuş olsun!
 

Dostlarınla Paylaş

Saytda 166 nəfər
Tatli.Biz
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022