Ananasla KƏSMİKLİ PİROQ

Ananasla KƏSMİKLİ PİROQ


Hər növ yemək və şirniyyat reseptleri

Ananasla KƏSMİKLİ PİROQ

Ananasla KƏSMİKLİ PİROQ
Tərkib:
Xəmir:
- 2 stəkan un
- 100 qr kərə yağı
- 1 yumurta
- 1 x.q xama
- 200 qr kəsmik
- yarım stəkan şəkər tozu
- 1 ç.q. soda + 1 x.q. sirkə
Krem:
- 200 qr kəsmik
- yarım stəkan şəkər tozu
- 2 yumurta
- 2 x.q. xama
İçlik: 1 banka ananas (yumru)
Hazırlanması:
1. Yumurta, xama, kəsmik, şəkər tozu, yumşaq kərə yağını mikserlə yaxşı çalın.
2. Sodanı sirkə ilə söndürün, kütləyə əlavə edin, qarşdırın.
3. Ələnmiş un əlavə edin, xəmir yoğurun, plyonkaya bükün, soyuducuda 30-40 dəqiqə saxlayın.
4. Krem üçün olan bütün məhsulları mikrelə yaxşı çalın.
5. Xəmiri formaya qoyun, yastıladın, qıraqları qaldırın, üzərinə krem tökün, ananasları düzün.
6. Sobanı 180 C qədər qızdırın, piroqu 40-50 dəqiqə bişirin, soyudun, üzərinə pudra səpin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 95 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024