Arıqlayanlar üçün kəsmikli, bananlı muss
Hər növ yemək və şirniyyat reseptleri
Arıqlayanlar üçün kəsmikli, bananlı muss

Tərkibi:
Kəsmik — 200 qr
Banan — 2 ədəd
Kakao-toz halında — 1 x.q.
Vanil — zövqə görə
1. Şokolad qatı üçün:
Blenderdə ½ paçka kəsmiyi, kakao və 1 ədəd bananı əzin.
2. Ağ təbəqə üçün:
Blenderdə ½ paçka kəsmiyi, vanil və 1 ədəd bananı əzin. Bu qat sıx, qatı şəkildə alınmalıdır.
3. Kremi səliqəli şəkildə ağ muss təbəqəsi ilə bəzəyirik.
4. Sonra şokoladla çəkirik.
5. Şokoladın üzərinə, mərkəz hissədə yenidən ağ muss təbəqəsi çəkirik.