Armudla kəsmikli keks

Armudla kəsmikli keks


Hər növ yemək və şirniyyat reseptleri

Armudla kəsmikli keks

Armudla kəsmikli keks
Ərzaqlar:
- 1 stəkan un
- 200 qr şəkər tozu
- 200 qr kəsmik
- 100 qr kərə yağı
- 3 yumurta
- 2 armud
- 1 paket vanilli şəkər tozu
- yarım çay qaşığı qabartma tozu
Hazırlanması:
1. Yumşaq kərə yağı şəkər tozu və vanilli şəkər tozu ilə çalınır.
2. Bir-bir yumurta əlavə olunur, yenə çalınır.
3. Kəsmik ələkdən sıxılır ki, daha yumşaq olsun, kütləyə əlavə olunur, çalınır.
4. Un qabartma tozu ilə qarışdırırlır, ələnir, kütləyə əlavə olunur, qarışdırılır.
5. Formaya kağız sərin, xəmir qoyun.
6. Armudu uzun tikələrə doğrayın, ehtiyatla xəmirə batırın.
7. Sobanı qabaqcadan 170 C qədər qızdırırn, keksi təxminən 1 saat ərzində bişirin.
8. Hazır keksi soyudun, üzərinə pudra səpin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024