Asan hazırlanan KƏSMİKLİ PİROQ


Hər növ yemək və şirniyyat reseptleri

Asan hazırlanan KƏSMİKLİ PİROQ

Asan hazırlanan KƏSMİKLİ PİROQ
Məhsullar:
Xəmir:
- 150 qr kərə yağı
- 2 stəkan un
- 1 stəkan şəkər tozu
- 1 paket vanilin
- 1 çimdik duz
- yarım ç.q. soda
İçlik:
- 400 qr kəsmik
- 2 yumurta
- 1 stəkan şəkər tozu
Hazırlanması:
1. Soyuq kərə yağını sürtgəcdən keçirin, ələnmiş un, duz və soda əlavə edin, qarışdırın. Ovuntu kimi alınmalıdır.
2. Şəkər tozunu əlavə edin, yenə qarışdırın.
3. Kəsmik, yumurta və şəkər tozunu qarışdırın.
4. Formaya yağ çəkin, bir az un səpin, xəmirin yarısını tökün, üzərinə içliyi qoyun, hamarlayın, xəmirin qalan hissəsini tökün.
5. Sobanı qabaqcadan 180-200 C qədər qızdırın, piroqu təxminən 30-40 dəqiqə bişirin.
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 167 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026