Asan hazırlanan KOKOSLU KEKS

Asan hazırlanan KOKOSLU KEKS


Hər növ yemək və şirniyyat reseptleri

Asan hazırlanan KOKOSLU KEKS

 
Asan hazırlanan KOKOSLU KEKS
Tərkib:
- 1 stəkan kokos yonqarı
- yarım stəkan manna
- 1 stəkan qatıq
- 1 stəkan un
- 1 stəkan şəkər tozu
- 100 qr kərə yağı
- 1 ç.q. soda
- 1 çimdik duz
Hazırlanması:
1. Mannanı kokosla qarışdırın, üzərinə qatıq tökün, 30 dəqiqə saxlayın.
2. Kərə yağını əridin.
3. Kokos-manna qarışığına yağ, şəkər tozu əlavə edin, qarışdırın.  
4. Unu soda ilə qarışdırın, ələyin, kütləyə əlavə edin, duz əlavə edin, hamısını yaxşı qarışdırın.
5. Formaya yağ çəkin, xəmir qoyun, 180 C qədər qızdırılmış sobada təxminən 35 dəqiqə bişirin.
6. Soyuyanda üzərinə pudra səpin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 50 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024