Ayaq dərisini hamar və yumşaq edən TƏBİİ VASİTƏLƏR

Ayaq dərisini hamar və yumşaq edən TƏBİİ VASİTƏLƏR


Hər növ yemək və şirniyyat reseptleri

Ayaq dərisini hamar və yumşaq edən TƏBİİ VASİTƏLƏR

Ayaq dərisini hamar və yumşaq edən TƏBİİ VASİTƏLƏR
Dabanları hamr və yumşaq etmək üçün sizə təbii vasitələrlə reseptlər təqdim edirik.
İlk növbədə dərini yumşaltmaq üçün ayaq vannasını edin:
İsti suya nişasta əlavə edin. Nişasta ayaq dərisini çox yaxşı yumşaldır. (1 l isti su üçün 1 xörək qaşığı nişasta götürülür.
Ayaq vannasına soda və sabun da əlavə etmək olar. 2 l isti suya 1 xörək qaşığı soda və 1/2 çay qaşığı yumşaq sabun əlavə olunur.
Ot dəmləmələri ilə vannalar da (gicitkən, çobanyastığı, kalendula, bağayarpağı) çox yaxşı effekt verir. Onlar həmçinin ayaq qoxusunu yox edir və dabanlarda kiçik çatları sağaltmağa kömək edir.
Ayaq vannasından sonra dərini daban daşı ilə sürtün. Çalışmayın, ilk dəfədən bütün artıq dərini təmizləyəsiniz.
Bundan sonra ayaqlarınıza qalın qatla adi vazelin çəkin. Vazelin və vazelin tərkibli məlhəmlər dabanları çox yumşaq və hamar edir.

Dostlarınla Paylaş

Saytda 26 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024