Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!

Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!


Hər növ yemək və şirniyyat reseptleri

Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!

Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!
Aldığınız ayaqqabı ayağınızı sıxırsa, qanınız qaralmasın, çıxış yolları var.
Ayaqqabı ayağı sıxdıqda bu o demək deyil ki, ayaq ölçünüzdən kiçik ayaqqabı almısınız. Bəzi ayaqqabılar həqiqətən də istifadə edildikcə genişlənir və ayaq formasını alır. Təbii ki, bu prosesin aradan qalxmasını gözləmək ayaqda döyənəklərə gətirib çıxara bilər. Odur ki, təqdim etdiyimiz bir sıra praktik üsulla ayaqqabınızı genişləndirib rahatlıqla istifadə edə bilərsiniz.
1. Qəzet vərəqlərini sirkə ilə isladıb ayaqqabının içinə qoyun. Bir gün gözlədikdən sonra ayaqqabı qismən yumşaq olacaq və geyildiyində ayağı sıxmayacaq.
2. Ayaqqabınız burnu açıq modeldirsə, onda həmin ayaqqabının burnunu sirkə ilə isladıb sonra burun nahiyəsinə yaş dəsmalı yaxşıca yerləşdirib bir gün gözləyin.
3. Spirti süngər və ya dəsmal ilə ayaqqabınızın içinə sürtün. Quruyana qədər gözləyin.
4. İsti havada ayaqqabını genişlətmək üçün ayaqqabını geyinmədən öncə saç feni ilə ayağı bir qədər havalandırın.
5. Ayaqqabını evdə olarkən qalın corabla geyinin. Bu şəkildə evdə gəzərkən ayaqqabılarınız genişlənəcək.
6. Ağızı bağlanan paket alınır və yarısına qədər su ilə doldurulur. Paketin axıtmadığından əmin olduqdan sonra ayaqqabının içinə bu paketlər yerləşdirilir, ayaqqabının harası dar gəlirsə, oraya yerləşdirməniz məsləhətdi. Sonra ayaqqabılarınızı içindəki paketlərlə dondurucuya qoyun. Suyun buz olmasını gözləyin. Ayaqqabının içindəki su buz olarkən genişlənəcək və beləcə ayaqqabınız da genişlənəcək. Daha sonra ayaqqabıları dondurucudan çıxardın və evin içində biraz geyinin. Amma bu halda ayaqqabıları geyinməzdən əvvəl corab geyinin, buzluqdan çıxdıqları üçün soyuq olacaqlar.
7. Ayaqqabı satan mağazalarda tapa biləcəyiniz genişləndirici spreyləri şüşənin arxasındakı təlimatlara görə istifadə edə bilərsiniz.
Həmçinin ayaqqabı seçimində bir sıra detallara fikir vermək məsləhətdir.
- Sağ və sol ayağın ölçüsündə fərq olur. Odur ki, nisbətən böyük ölçüyə malik olan ayağın ölçüsündə ayaqqabı seçin.
- Ayaqqabı almaq üçün ən uyğun vaxt axşamdır. Çünki səhərlər ayaqlar rahat olduğundan yarım ölçü qədər də olsa sizi yanılda bilər. Amma axşam ayaqqabı alsanız, bu sizin üçün ən uyğunu olacaq. Çünki günün yorğunluğu nəticəsində bir qədər ayaqlar səhərki ölçüsünə nisbətən şişdiyindən, öz ölçünüzü seçməkdə sizi yanıltmayacaq.
- Sadalanan üsullarla ayaqqabının genişlədilməsinə nail ola bilmədinizsə, bunu hər hansı ayaqqabı təmirçisində də həll edə bilərsiniz. Ayyaqqabının ön tərəfdən sıxmaması üçün müəyyən bir proseslə (qəlib yerləşdirməklə) həmin ayaqqabını yarım ölçü böyütmək mümkündür.
Publika.az

Dostlarınla Paylaş

Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023