Azərbaycanda geniş yayılmış çərəz növü - Sucuq

Azərbaycanda geniş yayılmış çərəz növü - Sucuq


Hər növ yemək və şirniyyat reseptleri

Azərbaycanda geniş yayılmış çərəz növü - Sucuq

Sucuq Azərbaycanda geniş yayılmış çərəz növüdür. İki cür hazırlanır:

1) Qoz ləpələri sapa düzülür. Ayrıca qazanda doşaba un qatılıb qarışdırıla-qarışdırıla qatılaşana qədər bişirilir. Sapa düzülmüş qoz həmin qatı kütləyə salınıb çıxardılır, asılıb qurudulur. Sucuq orta əsrlərdə Azərbaycanın əsas ixracat məhsullarından olub, Qafqaza, Orta Asiyaya və Türkiyəyə də yayılmışdır. Sapa düzülmüş qoz ləpəsi mətə basıldığı üçün adına basdıx da deyilir. Əvvəllər Azərbaycanda onu uzunsov torbalara doldurub lazımı şəklə salır və qurudurlar. Bu barədə alman səyyahı Adam Oleari (XV IIəsr) də məlumat verir.

2) Qazana su , qarğıdalı unu, şəkər, yağ, zəfəran və duz tökülüb öd üzərinə qoyulur, qatılaşana qədər fasiləsiz qarışdırılır. Sonra qoz ləpəsi həvəngdə döyülür, yarısısucuğa qatılır, qalan hissəsiisə xörək süfrəyə veriləndə üstünə səpilir.
Azərbaycanda geniş yayılmış çərəz növü - Sucuq

Dostlarınla Paylaş

Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024