Badam-bura
Hər növ yemək və şirniyyat reseptleri
Badam-bura

Tərkibi:
Əla növ buğda unu-390 qr
Xama-225 qr
Badam-210 qr
Şəkər kirşanı- 26 qr
Bitki yağı-110 qr
Hil-2q
Çay sodası- 0,5 qr
Hazırlanması:
Una xama və çay sodası qatılaraq xəmir yoğurulur və 20-25 dəqiqə saxlanılır (bəzən xəmir maya ilə hazırlanır) . Xəmir 504 mm qalınlığında yayılır və ondan diametri 8 sm olan formalar kəsilir. Bunların üzərinə 15-20 qr xırdalanmış badam və şəkər tozundan hazırlanmış içlik qoyulur. Ətirləndirmək üçün isə hil qatılır. Xəmirin kənarları birləşdirilərək pirojki formasına salınır. Badam-bura bitki yağında qızardılır və soyuduqdan sonra üstünə şəkər kirşanı səpilir.