Badambura


Hər növ yemək və şirniyyat reseptleri

Badambura

Badambura
Ərzaqlar:

Xəmir üçün:
Badambura

900 q un

2-3 yumurta

200 q kərə yağı

2 x.q xama

1 ç.q quru maya

Aparanadək süd

İçlik üçün:
Badambura

500 q badam ləpəsi

500 q şəkər tozu

1/4 ç.q hil

Yağlamaq üçün: 400-450 q kərə yağı

Hazırlanması:

Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq.

Badambura
Yağı əridirik.

Badambura
Mayanı ilıq süddə qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir.

Badambura
Unun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edib qarışdırırıq.

Badambura
Yumşaq xəmir yoğururuq.

Badambura
Xəmirin üstünə sellofan çəkib, dəsmal qoyub, adyala bükürük, 1-2 saat acımağa qoyuruq.

İçlik hazırlayırıq. Badam ləpəsinin qabığını təmizləmək üçün Badam ləpəsinin təmizlənməsi baxa bilərsiniz.

Təmizlədikdən sonra quruması üçün  tavada az qovurub soyuduqdan sonra sürtgəcli maşından keçiririk.Çəkilmiş badama şəkər tozu və hil ilə qarışdırırıq. İçliyimiz hazırdı.

Badambura
Xəmirdən 10 ədəd kündə düzəldirik.

Badambura
Kündənin birini götürüb az un səpib oxlov ilə nazik yuxa yayırıq.

Badambura
Badambura
Yuxanı əlimiz ilə az dartıb böyüdürük və yağlayırıq. Bu qayda ilə 5-5 yuxaları yayıb yağlayırıq.

Badambura
Yağlanmış yuxa qatlarını qoğalda olduğu kimi lentvari kəsirik.

Badambura
Kəsilmiş yuxa qatlarını bükürük.

Badambura
Hamısını bu qayda ilə kəsib bükürü. Bir yerə yığıb üstünə qurumasın deyə sellofan çəkirik.

Badambura
Badambura
Bükdüyümüz xəmirin birini götürüb 0,5 mm qalınlıqda əlimizlə qatları gözləyə-gözləyə yayırıq. Ortasını qabarıq şəkildə qabağa döğrü çökəldirik.

Içlıiyi qoyub badamburanın yanlarını yaxşı uc-uca alta doğru bərkidirik. Şəkərbura kimi bükürük. Bükülən yer altda ortada qalmalıdır.

Bütün badamburaları hazırlayib qurtardıqdan sonra bişirməyə başlayırıq. Qurumasın deyə üstünə sellofon çəkirik.

170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk. Bişirərkən badamburaların üzü qızarmamalıdır ağ qalmalıdır.

Bişmiş badamburaları düz qaba yan-yana yığırıq tamam soyuduqdan sonra isə qazana yığıb ağzını örtürük.

Badambura
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026