Badamlı və kişmişli alabalıq resepti

Badamlı və kişmişli alabalıq resepti


Hər növ yemək və şirniyyat reseptleri

Badamlı və kişmişli alabalıq resepti

Badamlı və kişmişli alabalıq resepti
Tərkibi:
5 ədəd alabalıq
75 qr badam
75 qr kişmiş
1 xörək qaşığı zeytunyağı
1 xörək qaşığı marqarin
1-4 çay qaşığı hindistan qozu rəndəsi
1-2 çay qaşığı darçın
1 ədəd portağal (pərdəsiz dilimlərə ayrılmış)
Duz
Təzə çəkilmiş qara bibər

Hazırlanması:
Sobanı180°C'yə gətirib, istilədin. Alabalıqların içini və xaricini duzlayıb, bibərləyin. Badamların qabıqlarının asanca soyulması üçün qaynar suya atıb, 1-2 dəqiqə gözlədin. Süzdürüb, qabıqlarını soyun və badamları uzunlamasına ortadan ikiyə bölün. Alabalıqları içinə sığa biləcək bir soba qabının içinə ikiyə qatlanmış bir aluminyum folyo kağızı sərin. Badamları soyub, ikiyə bölün və balıqları soba qabına yerləşdirin.
Kişmişləri yuyub süzün. Alabalıqları kağızın içinə yerləşdirin. Bir tavada zeytun yağını istilədin. Yağ istiləndikdə, içinə badamları atıb, yüngülcə qızarana qədər qızardın. Badamların rəngi dəyişər-dəyişməz tavaya marqarini əlavə edin. Marqarin əriyincə kişmişləri, hindistan qozu rəndəsini və darçını qatın. Hamısını birlikdə 1 dəqiqə qarışdıraraq bişirib oddan götürün. Badamlı-quru üzümlü qarışığı soba qabındakı balıqların üzərinə gəzdirin. Alüminium kağızı üzərlərinə bağlayaraq kənarlarından bükün. Əvvəldən isidilmiş sobada 20-25 dəqiqə bişirin. Balıqları sobadan götürüb bir servis qabına köçürün. Portağal dilimləri ilə bəzəyərək servis edə bilərsiniz.

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024