Badımcan küküsü


Hər növ yemək və şirniyyat reseptleri

Badımcan küküsü

Badımcan küküsü
Ərzaqlar:
Badımcan küküsü

8 ədəd orta ölçülü badımcan

2 baş soğan

3 ədəd yumurta

2 x.q un

1 ç.q sumax

50 q kərə yağı

1/2 st qoz ləpəsi

Duz

Istiot

Hazırlanması:

Soğanın və badımcanın qabığını soyub yuyub 2-3 yerə bölürük.

Badımcan küküsü
Hər ikisini ət maşınından keçiririk. Tənzifdə sıxıb acı suyunu tamam çıxarırıq. Elə sıxmaq lazımdır ki, suyu qalmasın quru olsun.

Badımcan küküsü
Qozu xırda doğrayırıq.

Badımcan küküsü
Qabda sıxdığımız badımcan ilə soğanı, qozu, unu, sumağı qarışdırırıq.

Badımcan küküsü
Yumurtanı, duzu və istiotu əlavə edib yaxşı qarışdırırıq.

Badımcan küküsü
Tavada yağ qızdıqda qarışığı tökürük.

Badımcan küküsü
Badımcan küküsü
Badımcan küküsü
Bir tərəf bişdikdə astaca o biri tərəfini də çevirib bişiririk.

Badımcan küküsü
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026