Bal ilə massaj. SELLÜLİTə son!

Bal ilə massaj. SELLÜLİTə son!


Hər növ yemək və şirniyyat reseptleri

Bal ilə massaj. SELLÜLİTə son!

Bal ilə massaj. SELLÜLİTə son!
Sellülit bir çox qadınları narahat edən kosmetik defektdir. Təbii balın köməyi ilə sellüliti xeyli azaltmaq və dərini daha hamar etmək mümkündür.  
Bal ilə masaj - ilkin başlayan sellülitin müalicəsi üçün çox xeyirli üsul hesab olunur.
Bal orqanizmdən toksinlərin xaric edilməsinə kömək edir. Kurs müalicəsi 15 masajdan ibarət olub, günaşırı olaraq 5-10 dəqiqə ərzində aparılır. İstifadə edilən təbii bal xarlanmış şəkildə olmamalıdır. Bala aromatik yağları (limon, adaçayı, pozmarin, lavanda, darçın və s.) əlavə etmək olar (1 çay qaşığı bal + 5 damcı yağ və ya yağların qarışığı).
Bal ilə yağları masajdan bilavasitə əvvəl qarışdırırlar. Bu məqsədlə bir neçə yağdan istifadə edilirsə, əvvəlcə yağları bir-biri ilə qarışdırır, sonra isə üzərinə bal əlavə edərək bir daha yaxşı-yaxşı qarışdırırlar. Balı əllərin ovuc hissəsinə çəkin və onları sıx şəkildə dəriyə "yapışdırın". Sonra isə kəskin hərəkətlə ovuclarınızı dərinin üzərindən qaldırın. Bu cür döyəcləyici hərəkətlər tədricən daha kəskin və güclü olmalıdır. Masajın ilk seansları zamanı bəzi narahatlıqlar ola bilər. Lakin sonradan dəri bu proseduraya uyğunlaşdığı üçün masaj yüngül keçir.
Masajdan sonra balın qalıqlarını yumşaq hamam lifindən istifadə etməklə ilıq su ilə yuyub dəriyə sellülitə qarşı olan krem çəkirlər.

Dostlarınla Paylaş

Saytda 143 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023