Balıq dolması RESEPTİ
Hər növ yemək və şirniyyat reseptleri
Balıq dolması RESEPTİ

Dəniz
məhsulları bol vitaminli tərkibi ilə seçilən əsas qida növlərindən
biridir. Bu dəfəki məqaləmizdə sizinlə çoxumuzun sevimli yeməklərindən
olan balıq ətindən hazrlaya biləcəyimiz fərqli bir yeməyin-balıq
dolmasının reseptini bölüşmək istəyirirk.
Tərkibi:
300 qram balıq əti;
Bir baş soğan
Bir ədəd keşniş
Üzüm yarpağı
Duz, istiot
Hazırlanması:
Bu resept üçün kütüm, suf, və ya ağ balığı seçməyiniz daha məsləhətlidir.
Balğın ətini sümükdən ayırmaqla işə başlayırıq. Daha sonra ayrı qabda
soğan, keşnişi xırda-xırda doğrayırıq. Soğan və keşnişi balıq əti ilə
qarışdırırb ətçəkən maşından keçiririk. Daha sonra bu qarışığa
duz-istiot vurub kənara qoyuruq. Ayrı qabda üzüm yarpağının saplağını
kəsib qaynar suda pörtürük. Yarpağın hər birinə 25-30 qram balıq qiyməsi
qoyub bükürük. Qazana yarım stəkan su əlavə edib bişməyə qoyuruq. 40-45
dəqiqəyə yemək süfrəyə təqdim edilməyə hazırdır.
Nuş olsun!