Balqabaq və darçınla dadlı peçenye


Hər növ yemək və şirniyyat reseptleri

Balqabaq və darçınla dadlı peçenye

Balqabaq və darçınla dadlı peçenye
Tərkib:
- 200 qr balqabaq püresi
- 200 qr kərə yağı
- 300 qr şəkər tozu
- 2 yumurta  
- 2 stəkan un
- 1 ç.q. qabartma tozu
- 1 ç.q. darçın
- 1 paket vanilli şəkər tozu
Hazırlanması:
1. Balqabaq təmizlənir, az suda bişirilir, əzilir.
2. Yumurta, yumşaq kərə yağı, şəkər tozu mikserlə yaxşı çalınır.
3. Vanilli şəkər tozu, darçın, balqabaq püresi əlavə olunur, yaxşı qarışdırılır.
4. Un qabartma tozu ilə qarışdırılır, ələnir, yumurtalı-yağlı-balqabaqlı kütləyə əlavə olunur, xəmir yoğrulur.
5. Xəmiri 5 mm qalınlığında yayın, formalarla peçenyeləri kəsin.
6. Tavaya yağ çəkin, perqament kağızı qoyun, peçenyeləri düzün.
7. Sobanı qabaqcadan 180 C qədər qızdırın, təxminən 20 dəqiqə ərzində bişirin.
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026