Balqabaqlı Keks (Video)

Balqabaqlı Keks (Video)


Hər növ yemək və şirniyyat reseptleri

Balqabaqlı Keks (Video)

Balqabaqlı Keks (Video)
Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrlə sınadığım və mükəmməlləşdirdiyim reseptdir ki, istəyirəm hamınız əla nəticə alasınız.

Keksin tərkibində bir çox ədviyyat var, amma onların hamısından azca qatılır ki, balqabağın dadını tamamilə öldürməsinlər. Keksə eyni zamanda zeytun yağı da vururam ki, o keksə nəmlik qatır. Bu keks otaq temperaturunda 5 günədək keyfiyyəti, yumşaqlığı zərər görmədən qala bilir (detallar reseptdə). Siz də bişirin, görün balqabaqlı keksim xoşunuza gəlirmi. Nuş olsun!

BALQABAQLI KEKS
1 + 3/4 stəkan un
1 çay qaşığı soda
Yarım çay qaşığı qabartma tozu
1/4 çay qaşığı duz
Yarım çay qaşığı darçın
1/4 çay qaşığı üyüdülmüş zəncəfil tozu
1/8 çay qaşığı üyüdülmüş muskat qozu
1/8 çay qaşığı üyüdülmüş yenibahar
1/8 çay qaşığı üyüdülmüş mixək
2 yumurta
1 stəkan şəkər tozu
1 stəkan balqabaq püresi (resepti)
Yarım stəkan zeytun yağı (kəskin dadı olmayanından)

1/4 stəkan su
1 çay qaşığı vanil ekstraktı
Yarım stəkan iri-iri doğranmış pekan qozu (adi qozdan da istifadə etmək olar)
Bol çimdik çiy balqabaq tumu
Hazırlanması
Sobanı 180ºCdək qızdırın.
Ölçüləri 23X13 sm olan kərpic keks formasının içərisini kərə yağı ilə yağlayın.
Qarışdırma qabında un, soda, qabartma tozu və duzu qarışdırıb kənara qoyun.
Başqa qabda yumurtanı yüngülcə çırpın. Şəkər tozunu əladə edib qarışdırın. Balqabaq püresi, zeytun yağı, su və vanil ekstraktını əlavə edib yüngülcə qarışdırın.
Quru ərzaqları yumurtalı qaba töküb hamısını qarışdırın. Çırpmayın!
Qozu da qatıb qarışdırın.
Alınan qarışığı formaya tökün.
Sobanın orta rəfində 1 saat bişirin. Ortasına kibrit batırıb çıxardığınızda kibrit quru çıxırsa, deməli keks hazırdır. Kənara çəkib 10 dəqiqə soyudun. Sonra keksi formadan çıxardıb soyutma telinin üstündə soyudun.
Tamamilə soyuduqdan sonda dilimləyin.
Keksi qida streçinə büküb otaq temperaturunda 5 günədək saxlaya bilərsiniz.
Balqabaqlı Keks (Video)

Dostlarınla Paylaş

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024