Bananlı-kəsmikli peçenye. Sadə və faydalı!

Bananlı-kəsmikli peçenye. Sadə və faydalı!


Hər növ yemək və şirniyyat reseptleri

Bananlı-kəsmikli peçenye. Sadə və faydalı!

Bananlı-kəsmikli peçenye. Sadə və faydalı!
Tərkibi:
- 200 qr kəsmik
- 2 orta banan
- yarım stəkan şəkər tozu
- 100 qr kərə yağı
- 1 stəkan un
- 1 ç.q. qabartma tozu
- 1 paket vanilli şəkər tozu
- 50 qr şokolad (üzərinə tökmək üçün)
Hazırlanması:
1. Kəsmiyi çəngəllə əzin, bananı xırda-xırda doğrayın, kəsmiyə əlavə edin, çəngəllə yaxşı əzin.
2. Yumşaq kərə yağı, şəkər tozu və vanilli şəkər tozunu əlavə edin, yaxşı qarışdırın.
3. Unu qabartma tozu ilə qarışdırın, ələyin, kütləyə əlavə edin, qarışdırın.
4. Xəmiri soyuducuda 40 dəqiqə saxlayın.
5. Xəmirdən qoz boyda tikələri kəsin, yumru peçenye şəklinə salın, yağ çəkilmiş tavaya düzün.
6. Sobanı qabaqcadan 180 C qədər qızdırın, peçenyeni qızılı rəng alana qədər bişirin.
7. Peçenyeni soyudun, üzərinə əridilmiş şokolad tökün.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 121 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024