Bayram plovu


Hər növ yemək və şirniyyat reseptleri

Bayram plovu

Bayram plovu
Ərzaqlar:
Bayram plovu

5 st uzun düyü

500 q xırda doğranmış qoyun əti

3 ədəd baş soğan

300 q təmizlənmiş şabalıd

1/2 st sarı kişmiş

1/3 st qara kişmiş

1/2 st qoz ləpəsi

6-7 ədəd xurma

10 ədəd sarı alça turşusu

5 x.q əridilmiş kərə yağı

1/2 x.q zəfəran

Duz

Istiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta

Hazırlanması:

Düyünü 5-6 dəfə yuduqdan sonra suya qoyuruq.

Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.

Əti xırda doğrayırıq.

Bayram plovu
Ətin üstünə çıxana qədər su töküb qaynamağa başlayanda kəfini yığıb bişməyə qoyuruq.

Bayram plovu
Suyu çəkilib yağa düşəndə duz istiotunu qarışdırıb 3-5 dəqiqə öz yağında qovururuq.

Bayram plovu
Soğanın qabığını soyub doğrayırıq.

Bayram plovu
Soğana yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Bayram plovu
Qovrulmuş soğanın üstünə əti əlavə edib 3-5 dəqiqə qovururuq.

Bayram plovu
Kişmişi, qaysını, turşunu, xurmanı təmizləyib yuyuruq.

Qasını və xurmanı xırda doğrayırıq.

Bayram plovu
Qoz ləpəsini xırda doğrayırıq.

Bayram plovu
Qoz, xurma, kişmişlər, qaysı və alça turşusunu yağ töküb qovururuq.

Bayram plovu
Təmizlənmiş şabalıdı xırda doğrayırıq.

Bayram plovu
Şabalıdın üstünə az duz səpib yağ töküb qovururuq.

Bayram plovu
Düyünü adi qaydada bişirib süzürük.Üstünə zəfəran suyu tökürük.

Bayram plovu
Qatıq ilə yumurtanı qarışdırırıq.

Bayram plovu
Qazana yağ töküb qızdırırıq. Təmiz düyüdən tökürük və üstünə yumurta qarışığını töküb qarışdırırıq. Qarışığı qazanın dibinə 1 sm qalınlıqda yayırıq.

Bayram plovu
Başqa bir böyük qazanda hazırladığımız qovurmaları süzülmüş düyü ilə qarışdırırıq.

Bayram plovu
Qarışdırdığımız qarışığı qazmağın üstünə tökürüb yağ əlavə edib dəm almağa qoyuruq.

Aş 1 saata dəm alacaq.

Bayram plovu
Aşı süfrəyə verdikdə düyünü təpəçik şəklində yığıb, yağ töküb və qazmaq qoyuruq.

Bayram plovu
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 234 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026