Bərdədə 14 uşağı olan ana : "Uşaqların adı yadımda qalmır" - FOTOLAR


Hər növ yemək və şirniyyat reseptleri

Bərdədə 14 uşağı olan ana : "Uşaqların adı yadımda qalmır" - FOTOLAR

Bərdə rayonunda ailənin 14-cü övladı dünyaya gəlib.

Tatli.Biz apa-ya istinadən xəbər verir ki, rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öncə doğulsa da, ailə bunu gizli saxlayıb.

Rayonda sürücü işləyən T. İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: "13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum əqrəbanın, dost-tanışın yanında utandırdılar".

Taleh İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb.

Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir.

Xatırladaq ki, ötən il sözügedən ailədən reportaj hazırlanmış, ana "Uşaqlarımın adı yadımda qalmır" deməsi ilə yadda qalmışdı.
Bərdədə 14 uşağı olan ana : "Uşaqların adı yadımda qalmır" - FOTOLAR
Bərdədə 14 uşağı olan ana : "Uşaqların adı yadımda qalmır" - FOTOLAR

Dostlarınızla Paylaş

Saytda 192 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026