250 q böyürtkən
250 q sadə dondurma
2 x.q şəkər tozu
1/2 st su
Hazırlanması:
Böyürtkəni təmizləyib yuduqdan sonra üstünə şəkər tozu və su əlavə edirik.
Odun üzərində 5 dəqiqə qarışdıra-qarışdıra qaynadırıq.
Sonra süzgəcdən keçiririk.
Böyürtkən şirəsi tamam soyumalıdır.
Blendera (ya da mikserlə qarışdıra bilərsiniz) dondurmanı töküb qarışdırırıq.
Sonra böyürtkən şirəsini əlavə edib yenə qarışdırırıq.