Bunları bilməkdə fayda var


Hər növ yemək və şirniyyat reseptleri

Bunları bilməkdə fayda var

Bunları bilməkdə fayda var
Balıq.

Omeqa – 3 ilə zəngin olan balıq ürək-damar xəstəlikləri riskini azaldır. C, E, A, D, PP, kalsium, dəmir, natrium, kalium kimi vitamin və minerallarla zəngin olan bölgə (beluqa) balığı gözəllik və sağlamlıq üçün faydalı qida hesab olunur. 100 qr bölgə balığında 150 kkal mövcudddur. Azərbaycanda balıq buğlamasının bir çox növü var. Onlardan biri gördüyünüz bölgə balığından hazırlanan buğlamadır. Bölgə balığınız yoxdursa, onu bişdiyində dağılmayacaq hər hansı bir balıqla əvəz edə bilərsiniz.
Bunları bilməkdə fayda var
Limon

Ətirli sitrus meyvələrini əl ilə yoxlayıb daha möhkəmini seçin.

Limon şirəsini daha çox çıxartmaqdan ötrü onları 1 dəqiqə qaynar suyun içində saxlayın.

3 ədəd limonu kiçik dilimlərə bölüb ət çəkən maşından keçirin, üzərinə 1 x.q bal qatıb qarışdırın. Hər səhər bu nəfis təam sizə gümrahlıq gətirəcək.

Başınız ağrıyır? Yaşıl çayın içinə 1 ç.q şəkər tozu, limon suyu əlavə edib için və sakitlikdə gicgahlarınıza limon dilimləri qoyub bir qədər yatın.
Bunları bilməkdə fayda var
Balqabaq

Yumşaldıcı xassəyə malikdir.

Pəhriz saxlayanlar üçün faydalıdır.

Sidikqovucudur.

Tərqovucudur.

Susuzluğu aradan qaldırır.

Beyin fəaliyyətini gücləndirir.

Tumu qurdqovucudur və yuxusuzluq hallarında yaxşı təsir göstərir.
Bunları bilməkdə fayda var
Düyü

Düyü vitaminlərlə zəngindir. Karbohidrat dəyəri ən yüksək olan qidalardandır.

Faydaları:

Yüksək təzyiqi salır.

Qanda şəkəri sabit saxlayır.

Böyrək daşının əmələ gəlməsinin qarşısını alır.

Həzmi asanlaşdırır.

Xolesterini aşağı salır.

İnfarkt riskini azaldır.

Zehni açır.
Bunları bilməkdə fayda var
İspanaq

Yorğunluğu aradan qaldırır.

Maddələr mübadiləsini tənzimləyir.

Əsəbləri sakitləşdirir.

Həzmi asanlaşdırır.

Sümükləri və dişləri bərkidir.

Xolesterini aşağı salır.

Şəkər xəstəliyində faydalıdır.
Bunları bilməkdə fayda var

Dostlarınızla Paylaş

Saytda 138 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025