Canlara dərman qreypfrut çayını belə dəmləyin
Hər növ yemək və şirniyyat reseptleri
Canlara dərman qreypfrut çayını belə dəmləyin

Qreypfrut çayının hazırlanma qaydasını təqdim edirik:
Tərkibi (2 pay):
2 fincan təzə qreypfrut şirəsi
0,5-1 fincan su
2 x.q. bal
1 darçın çubuğu
0,5 ç.q. dənəvər ağ istiot
bəzək üçün: qreypfrut, darçın çubuğu
Baldan başqa digər ərzağı qarışdıraraq orta itilikli ocağın üstünə qoyun. Qaynara düşəndə götürüb süzün, bal qatıb qarışdırın.
Fincanlara süzüb qreypfrut dilimləri və darçın çubuğu ilə süsləyin.
Nuş olsun!/