Çiyələklə dadlı keks

Çiyələklə dadlı keks


Hər növ yemək və şirniyyat reseptleri

Çiyələklə dadlı keks

Çiyələklə dadlı keks
Məhsullar:
- 200 qr un
- 100 qr kərə yağı
- 120 qr şəkər tozu
- 150 qr təzə qatıq
- 1 paket vanil
- 2 yumurta
- 1 çimdik duz
- 2 ç.q. qabartma tozu
- 200 qr çiyələk
Hazırlanması:
Yumşaq kərə yağını şəkər tozu və vanilinlə mikserlə yaxşı çalın.
Bir-bir yumurta əlavə edin, çalın.
Qatıq əlavə edin, qarışdırın.
Una qabartma tozunu və duzu əlavə edin, birlikdə ələyin, xəmirə əlavə edin, ehtiyatla qarışdırın.
Çiyələyi tikələrə doğrayın, xəmirə əlavə edin, ehtiyatla qarışdırın.
Formaya kağız sərin, xəmiri qoyun.
Sobanı qabaqcadan 180 C qədər qızdırın, 40-45 dəq. bişirin. Keksin hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
Keks soyuyanda üzərinə pudra səpin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 21 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024