Çiyələklə kəsmikli piroq. Asan resept | Tatli.Biz
Çiyələklə kəsmikli piroq. Asan resept
Hər növ yemək və şirniyyat reseptleri

Çiyələklə kəsmikli piroq. Asan resept

Çiyələklə kəsmikli piroq. Asan resept
Məhsullar:
- 200 qr un
- 100 qr kərə yağı
- 200 qr kəsmik
- 150 qr şəkər tozu
- 2 yumurta
- 1 ç.q. qabartma tozu
- 1 paket vanil
- 1 çimdik duz
- 300 qr çiyələk
Hazırlanması:
Unu qabartma tozu ilə qarışdırın, çiyələyi təmizləyin, yuyun.
Yumşaq yağı şəkər tozu, vanil və duzla birlikdə mikserlə yaxşı çalın.
Bir-bir yumurta əlavə edin, çalın.
Kəsmik əlavə edin, çalın.
Un əlavə edin, ehtiyatla qarışdırın.
Xəmiri perqament sərilmiş formaya boşaldın.
Üzərinə çiyələyi düzün, soyuducuda 1 saat saxlayın.
Piroqu 175 C qədər qızdırılmış sobada 35 dəqiqə bişirin.
Piroq soyuyanda üzərinə pudra səpin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 46 nəfər
Tatli.Biz
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022