Hər növ yemək və şirniyyat reseptleri
Çiyələkli-bananlı kokteyl. Yayın ləzzəti!

Tərkib:
- 1/2 l süd
- 200 qr çiyələk
- 1 ədəd banan
- şəkər tozu (zövqə görə)
- 1 paket vanilli şəkər tozu
Hazırlanması:
1. Bananı və çiyələyi doğrayın.
2. Şəkər tozu və vanilli şəkər tozunu əlavə edin, blenderlə yaxşı çalın (təxminən 3-5 dəqiqə).
3. Yavaş-yavaş süd əlavə edin, blenderlə təxminən 3 dəqiqə çalın. Kokteyl hazırdır. Soyuq halda için.
Nuş olsun!